Sabirabad rayonunda axtarışda olan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan "Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülüb.
7NEWS.Az







