RU
Sabirabadda doğuş zamanı uşaq öldü
15:30
858

Sabirabadda doğuş zamanı uşaq öldü

Alışovanın yaxınları uşaq ölümünə görə həkimi günahlandırırlar.

Sabirabadda doğuş zamanı uşaq ölüb.

7News.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ananın yaxınları məlumat verib.

Bildirilib ki, Gülnarə Alışova avqustun 30-da xəstəxanaya yerləşdirilib. Doğuş zamanı uşaq vəfat edib.

G.Alışovanın yaxınları uşaq ölümünə görə həkim Fəridə Şükürovanı günahlandırırlar.

Xəstəxanadan onlara deyilib ki, ilkin doğuş olduğu üçün çətin olub: "Ananın və uşağın həyatı təhlükə altında olduğundan ana xilas edilə bilib. Amma yalan söhbətdir. Doğuşa kimi də həmin həkimin nəzarətində olub, özü müayinə edib, Gülnarənin hamiləliyi normal keçib. Əgər bir problem olsaydı, həkim özü bilərdi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ