RU
Sabirabadda ər arvadını bıçaqlayıb
11:30
580

Sabirabadda ər arvadını bıçaqlayıb

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.
 
Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.
 
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılan qadın dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
 
Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.
 
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ