Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb.
Həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.
Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.
Meyit Sabirabad rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
7NEWS.Az








