RU
Sabirabadda külli miqdarda narkotik maddə aşkarlandı - FOTO
12:17
420

Sabirabadda külli miqdarda narkotik maddə aşkarlandı - FOTO

Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub. 

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı "Xaş-xaş 2016" kompleks tədbirlər planına uyğun əməliyyat həyata keçirib.


Əməliyyat zamanı rayonun Əsgərbəyli kənd sakini  Rüstəm Qardaşəli oğlu Qarayevin evinə baxış keçirilən zaman oradan  53 ədəd kibrit qutusunda çəkisi 360 qram olan narkotik vasitə və açıq şəkildə qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. //report.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ