RU
Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 6 qadın, 2 kişi yaralanıb - SİYAHI - YENİLƏNİB
10:10
232

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 6 qadın, 2 kişi yaralanıb - SİYAHI - YENİLƏNİB

Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

 "Mercedes” markalı mikroavtobusla qoşqulu "KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı

1963-cü il təvəllüdlü Cəfərova Zinaida

07:06

Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

Hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ