Faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunda motosiklin aşması nəticəsində sürücü ağır yaralanıb.
7news.Az bu barədə APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata istinadən xəbər verir.
Hadisə rayonun Ələmbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Süleymanov Rasim Ənvər oğlu motosikli idarə edərkən yoldan çıxıb və idarəetməni itirib.
O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
7news.Az








