RU
Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu
15:00
63

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib.
 
7News.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətin aləti olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
 
 
 
 7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ