RU
Sabirabadda qadın intihara cəhd edib
22:10
1529

Sabirabadda qadın intihara cəhd edib

Sabirabadda qadın sirkə turşusu içərək özünə qəsd edib.

Sabirabad rayonunun Nizami kənd sakini, 1973-cü il təvəllüdlü Səmədova Yaqut Rizvan qızı sirkə turşusundan zəhərlənib.

O, mədə və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qohumlarının bildirdiyinə görə, qadın mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyülüb və zorakılığa məruz qalıb. O, bir müddət əvvəl bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ