Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Axşam saatlarında Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1985-ci il təvəllüdlü Məhərrəmov Toğrul Məhərrəm oğlu sol budun yuxarı arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Özünün bildirdiyinə görə, bir-neçə adamın mübahisəsi zamanı ona kimin tərəfindən bıçaq xəsarəti yetirildiyini görə bilməyib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır./apa
7news.az








