RU
Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb
11:40
44

Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onlardan birinin həmin kəndin sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri - Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ