Sabirabadda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Sabirabad rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 30 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 2 m² sahədə əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
7news.Az








