RU
Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var
03:40
1080

Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Xəlfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, "Mersedes” markalı minik avtomobili ilə "VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Onlardan biri də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğludur.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ