Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz silahlar saxladığına görə Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən iki ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.








