RU
Şabranda iki maşın toqquşdu - 1 yaralı
21:30
623

Şabranda iki maşın toqquşdu - 1 yaralı

Bu gün axşam saatlarında Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şabran - Pirəbədil yolunun 5-ci kilometrliyində qeydə alınıb. "Moskviç" markalı, 10 TR193 və "QAZ 33021" markalı, 31 BC 730 nömrə nişanlı maşınların toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ