RU
Şabranda keçmiş məhkum evlərdən 30 min manatlıq oğurluq edib
16:50
3402

Şabranda keçmiş məhkum evlərdən 30 min manatlıq oğurluq edib

Şabran rayonunda evlərdən oğurluq olub.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5 300 manat, digər evdən isə 24 952 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ