RU
Şabranda parkın həyətindəki ağacları gecə kəsiblər
21:10
570

Şabranda parkın həyətindəki ağacları gecə kəsiblər

Şabran şəhərindəki mərkəzi parkın həyətindəki ağacları gecə kəsiblər.

Yerli sakinlərin verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər gecə parkın ağacalarını kəsərək kökünü yandırıblar.

Sakinlər bildiriblər ki, parkın həyətindəki nadir ağaclardan olan 3 ədəd Göyrüş kəsilib: "Ağacları bir-bir kəsirlər. Hər gecə bir ədəd kəsirlər ki, diqqət cəlb eləməsin. 3 gün bundan əvvəl cəmi bir ağac kəsilmişdi. Kəsilən ağacların kökünü yandırır üstünü otla örtürlər. Ötən gecə artıq üçüncü ağacı kəsiblər".

Məsələ ilə bağlı "Report"un Şimal bürosuna məlumat verən Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi Orxan Kərimov bildirib ki, ağaclarım kim və ya kimlər tərəfindən kəsilməsi ilə bağlı araşdırmalara başalnılıb./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ