Şabranda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində "Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./apa
7news.Az








