RU
Şabranda qatar traktorla toqquşdu, ölən var
12:40
123

Şabranda qatar traktorla toqquşdu, ölən var

Şabranda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində ölüb.

Araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ