RU
Şabranda qaynananı girov saxlayan restoranın sahibi icra başçısının oğludur
10:23
6368

Şabranda qaynananı girov saxlayan restoranın sahibi icra başçısının oğludur

Xəbər verdiyimiz kimi, avqustun 22-də Şabran rayonunda "Savalan" restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisələr yaşanıb.


Məlumatda qeyd olunurdu ki, restorana borclu qalan toy sahibinin qaynanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıblar. Avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.


Hadisə ilə bağlı 7News.az-ın redaksiyasına ilginc məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Şabran rayonundakı "Savalan" restoranı Rayon İcra Başçısı Novruz Novruzovun oğlu Hacı Ruslana məxsusdur. Hacı Ruslanın eyni adda Bakıda da restoranı və onlarla obyekti olduğu bildirilir. Qeyd olunur ki, onun obyektlərində qanunlar dövlətin qanunları ilə yox, öz “qanunları” ilə idarə olunur. Ən ciddi məqam ondan ibarətdir ki, ölkə mediasını bürüyən “girov qaynana” məsələsində Hacı Ruslanın özü də orda olub və “əməliyyata” birbaşa rəhbərlik edib.


Qarşı tərəfinmövqeyini dərc etməyə hazırıq.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ