Sabunçu rayonunda intihar hadisəsi baş verib.
7News.Az xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Bağlar massivindəki yeni tikilidə yaşayan 1946-ci il təvəllüdlü İsgəndər Nağıyev yaşadığı evin həyətində çardaqdan özünü iplə asaraq intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.








