RU
Sabunçuda 32 yaşlı kişi bıçaqlandı
02:04
552

Sabunçuda 32 yaşlı kişi bıçaqlandı

Sabunçuda bıçaqlanma hadisəsi olub.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini 1983-cü il təvəllüdlü Murad Mehdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O dərhal təcili yardım maşını ilə 3 saylı şəhər kilinik xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahı Aydın Kazımovun verdiyi məlumata görə, xəstə qarın ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub: "Xəstə ağır vəziyyətdə xəstəxanamıza gəlmişdi. Təcili əməliyyat olundu. Hal-hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün heç bir təhlükə yoxdur".

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinə araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ