RU
Sabunçuda ev, Sumqayıtda stomotoloji kabinet yandı
12:15
485

Sabunçuda ev, Sumqayıtda stomotoloji kabinet yandı

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

7news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. 

Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ötən gecə Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan stomatoloji kabinetin 1 otağında texniki ləvazimatlar 9 m2 sahədə yanıb. Kabinetin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ