RU
Sabunçuda namus üstündə dava düşdü
09:54
2060

Sabunçuda namus üstündə dava düşdü

Kişini döyə-döyə naməlum istiqamətə aparıblar.

Bakıda namus üstündə dava olub.

Hadisə bu gün axşam Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib. Bir neçə nəfər orta yaşlı kişini təqib ediblər.

Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib.

Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar.

Kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.

Daha sonra iki nəfər gələrək bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına “basıb” naməlum istiqamətə gediblər.

Davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.

Diqqət görüntülərdə qeyri-normativ leksika var./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ