
7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Sputnik radiosuna müsahibəsində Avrasiya Trixoloji Birliyinin vitse-prezidenti, həkim-trixoloq (saç üzrə mütəxəssis) Olqa Koxas danışıb.

Onun sözlərinə əsasən, boya baş dərisinə düşdükdən sonra allergik reaksiyanın qarşısını almaq mümkün deyil. Belə hallarda insanın immun sistemi düşə bilər, lakin allergiya həmişə açıq şəkildə təzahür etmir. Dəri və saç tökülməsi nadir hallarda qeydə alınır.

Həkim sadə qaydalara riayət etməyi və sınanmış vasitələrdən istifadə etməyi məsləhət görüb.
Saçları salonda boyadıqda naməlum qarışıqlardan yox, yalnız bir vasitədən istifadə edildiyinə diqqət etmək lazımdır. Bu yolla həm rəng daha yaxşı alınacaq, həm kimyəvi maddələrin azlığından intoksikasiyanın da qarşısı alınacaq.

Saç boyasına qarşı gizli allergiyanın olub-olmamasını bilməkdən ötrü ən etibarlı yolu istifadədən öncə yoxlamaqdır.
"Boyanı başa çəkməzdən öncə qolun bilək hissəsinə çəkirik. 10-20 dəqiqə sonra reaksiyanı görürük. Bu, qızartı, qaşınma, yaxud dərinin soyulması ola bilər", - deyə həkim izah edib.
7News.Az








