RU
Saçından tutaraq yerdə sürüdü
22:11
4071

Saçından tutaraq yerdə sürüdü

Bakının Nəsimi rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib.

7news.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Vidadi küçəsi, 165 ünvanında yerləşən gözəllik salonunda baş verib.

Gözəllik salonuna gələn Anjela adlı qadın orada işləyən Neftçala rayon sakini, 1991-ci il təvəllüdlü Firəngiz İbadulla qızı Məlikova ilə mübahisə edib.

Bu zaman qadınların arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı Anjela Firəngiz Məlikovanın saçından tutaraq yerdə sürüyüb və daha sonra döyərək ona xəsarət yetirib.

Firəngiz Məlikova hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ