Gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq.
Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Komitəs sədri bildirib ki, növbəti il Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “22 min müəllimin maaşının artırılması üçün 50 milyon vəsait nəzərdə tutulub. Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb. Bu da bizim büdcəmizin ümumiyyətlə sosialyönümlü olmasına dəlalət edir”.
7news.az








