RU
ŞAD XƏBƏR! Koronavirusun peyvəndi tapıldı
12:25
856

ŞAD XƏBƏR! Koronavirusun peyvəndi tapıldı

Bütün dünyaya yayılan koronavirusun peyvəndini tapmaq üçün müxtəlif ölkələrin alimləri araşdırmalara davam edərkən daha bir sevindirici xəbər Rusiyadan gəlib.

 

7NEWS.az-ın xəbərinə görə, Rusiya Dövlət Virologiya və Biotexnologiya Mərkəzinin rəhbəri Rinat Maksyutov koronavirus peyvəndinin heyvanlar üzərində sınağının davam etdiyini və iyundan etibarən insanlar üzərindən sınaqdan keçirəcəklərini açıqlayıb: 


"Peyvənd siçanlar üzərində sınaqdan keçirilir. İyun ayının sonlarından başlayaraq insanlar üzərində təcrübədən keçirəcəyik".
 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxma sayı 5 minə yaxınlaşıb. Ölənlərin sayı isə 43-dür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ