RU
Saday Şəkərlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
12:51
964

Saday Şəkərlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. 7News.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər.

Dövlət ittihamçısı S. Şəkərlinin ittiham olunduğu 182.3.2-ci maddənin 182.2.4-cü maddəyə tövsif edilməsini istəyib.

Proses avqustun 3-də davam edəcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ