Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib. Onun cəzası 10 ildən 5 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür./apa
7news.Az








