RU
“Sadəcə neft və qaz layihələri ilə kifayətlənmirik” - Rövnəq Abdullayev
16:04
404

“Sadəcə neft və qaz layihələri ilə kifayətlənmirik” - Rövnəq Abdullayev

Artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevdeyib. İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxış edən R. Abdullayev SOCAR sadəcə neft və qaz layihələri ilə kifayətlənmir. R.Abdullayev şirkətin təmiz enerji alternativləri üzərində çalışdığını, bu istiqamətdə külək enerjisi stansiyası layihəsinin, eyni zamanda nəqletmə və logistika sahəsində də bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edib.

İnvestisiya zəncirinin ən önəmli halqasının təməli 2011-ci il oktyabrın 25-də qoyulan "Star” neft emalı zavodu layihəsinin olduğu vurğulayıb. Eyni zamanda "Cənub Qaz Dəhlizi” çərçivəsində TANAP, TAP, "Şahdəniz” layihələrinin qarşıdakı onilliklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcəyi qeyd olunub./azertac
 
7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ