RU
Şadlıq sarayında ofisiantlar arasında dava
23:42
742

Şadlıq sarayında ofisiantlar arasında dava

 Bakının Nizami rayonunda  “Madonna” şadlıq sarayında dava olub.  

7news.az xəbər verir ki, orada ofisiant işləyən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Hüsü Xanbaba oğlu Məmmədzadə Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rüstəm Nəriman oğlu Xəlilov ilə mübahisə edib.  Mübahisə zamanı Hüsü Məmmədzadə Rüstəm Xəlilovun üz və baş nahiyyəsinə bakal ilə xəsarət yetirib. Rüstəm Xəlilova tibbi yardım göstərilib.  Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində araşdırma aparılır.  

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ