RU
Şagirdi məktəbə toy karvanı ilə gətirdilər
11:05
815

Şagirdi məktəbə toy karvanı ilə gətirdilər

Sentyabrın 15-də növbəti tədris ilinin başlanması ilə əlaqədar Bakıdakı orta məktəblərin birində maraqlı hadisə baş verib.

Hövsan qəsəbəsi, Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin I sinfinə şagird “toy karvanı” ilə gətirilib. 

Məktəbin həyətində toplaşan valideyn və şagirdlər əvvəlcə nə baş verdiyini anlamayıblar. Toplaşanlar avtomobildəkilərin şadlıq evi ilə məktəb binasını səhv saldığını zənn ediblər.

Sonradan məlum olub ki, təmtəraqlı mərasimə səbəb bir şagirdin ilk dərs günü olub. Valideynləri və yaxın qohumları şagirdi I sinifə toy adəti ilə, gül-çiçəklə bəzədilmiş avtomobillə gətiriblər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ