RU
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
11:40
195

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə 7News.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ