RU
Şagirdlərin QIŞ TƏTİLİ
18:02
277

Şagirdlərin QIŞ TƏTİLİ

Qışı, xüsusilə də qarın yağmasını adətən, uşaqlar səbirsizliklə gözləyir. Əgər bu təbiət hadisəsi  tətil günlərinə təsadüf edirsə, onda  onun ayrı bir zövqü olur. Əməkdaşımız Şəhla Poladova məktəblilərin qış tətili günlərində onların qonağı olub.

Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkə ərazisindəki orta ümumtəhsil məktəblərində yanvarın 27-dən 31-nə kimi qış tətilidir. Yaxşı oxuyub oxumamasından, dərsə davamiyyətindən asılı olmayaraq hər bir şagird bu anı səbirsizliklə gözləyir. Baxmayaraq ki, qış tətilinin müddəti o qədər də çox deyil. Amma hər bir məktəbli çalışır ki, onu yaddaqalan və maraqlı etsin! Mütəxəssislər şagirdlərə bu müddəti səmərəli təşkil etməyi  məsləhət görür. Ekspertlərin fikrincə, tətil günlərinin maraqlı və yaddaqalan keçirilməsində valideynlər də yaxından iştirak etməlidirlər./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ