Şahbuz rayonunda yaşlı qadın göldə boğulub. Hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı kənddə olan göldə boğulub. Faktla bağlı araşdırma aparılır.