RU
Şahdağa 30 sm qar yağıb - PROQNOZ
16:30
1166

Şahdağa 30 sm qar yağıb - PROQNOZ

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış,

dağlıq ərazilərdə qar yağıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin

məlumatında bildirilir.

Yağıntı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy,

Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl,

Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba,

Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada

1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm,

Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala,

Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s,

Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında

19 m/s-dək güclənib. Neft Daşları stansiyasının

məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ