RU
Sahib Alıyev: “AŞPA-nın sənədindən narahat olan sən demə təkcə Minsk qrupunun amerikalı həmsədri Uorlik deyilmiş”
14:50
438

Sahib Alıyev: “AŞPA-nın sənədindən narahat olan sən demə təkcə Minsk qrupunun amerikalı həmsədri Uorlik deyilmiş”

Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzənin AŞ PA-nın Siyasi Məsələlər Komitəsində təsdiqlənməsindən narahat olan sən demə təkcə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyilmiş.

Bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dünən İrəvanda bundan narazılığını dilə gətirib və onun sözlərindən də bir daha bəlli olub ki, Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini bundan sonra da öz inhisarlarında saxlayıb ondan geosiyasi məqsədləri üşün faydalanmaq niyyətindədirlər.

“Əgər həmsədrlər digər qurumların bu məsələnin həllində yolunu kəsir və Lavrov dünən dediyi kimi ya açıq şəkildə işğalçının arxasında olduqlarını bildirir, ya da Amerika və Fransa kimi bunu çeşidli yollarla əl altdan edirlərsə, deməli “münaqişə tərəfləri” anlayışına yenidən baxmaq lazımdır.

Görünən budur ki, münaqişədə iki tərəf var: biz və ... ermənilər deyil də erməni havadarları, yəni hazırda Minsk qrupuna həmsədrlik edən dövlətlər” - deyə, o, sözlərinə əlavə edib./gun

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ