"Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".
Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla, ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir: "Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk”.








