RU
Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı verib
22:15
263

Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı verib

Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.

Parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ