RU
Sahibə Qafarova Türkiyəyə gedib
18:22
91

Sahibə Qafarova Türkiyəyə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7NEWS.Az-a verilən məlumata görə, İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ