RU
Sahibəsinə vəfalı pişik milyonları kövrəltdi - FOTOLAR
17:24
542

Sahibəsinə vəfalı pişik milyonları kövrəltdi - FOTOLAR

Artıq bir ildir ki, bu pişiyin sahibəsi vəfat edib. Lakin vəfalı pişik sahibəsinin məzarını tərk etmir.

İndoneziyanın Mərkəzi Yava əyalətində dəfn olunmuş qoca qadının məzarının yanındakı pişiyi 28 yaşlı Keli Keniqau Praytno görüb. O, pişiyin sahibsiz olduğunu düşünüb və evinə aparıb.

Lakin ertəsi gün pişik yenə məzarlığa yollanıb, sahibəsinin qəbrinin sinədaşında oturub.

Vəfalı pişiyin fotolarını Facebook-da paylaşan Kelinin dediyinə görə, bu canlı sosial şəbəkələrin ulduzuna çevrilib. 
Həmin fotolarını indiyədək 24,4 milyon insan paylaşıb.

Pişik qəbristanlığı yalnız mərhum sahibəsinin evində yemək üçün tərk edir.

Mütəxəssislərin dediklərinə görə, pişiklər müştəbeh və laqeyd heyvan təsiri bağışlasalar da, onlar sahiblərinə çox bağlıdır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ