Azərbaycanda sahibkar yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya verməməsinə, təhrif olunmuş, yanlış məlumatı verməsinə görə cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602,4 maddəsinə dəyişiklik təklif olunur.
Dəyişiklik layihəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda verməsinə, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatədək cərimə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyyə olunub./report
7News.Az








