RU
Sahibkarlığın İnkişafı Fondu bu il 54 milyon manat güzəştli kredit verib
20:15
152

Sahibkarlığın İnkişafı Fondu bu il 54 milyon manat güzəştli kredit verib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu özəl sektora dövlət dəstəyi çərçivəsində bu il 1 384 layihənin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit veriib.

7NEWS.Az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

"Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1 379 yeni iş yerinin yaradılmasına imkan verir", - deyə o, qeyd edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ