RU
Sahil Babayev Samuxda yeni binaların açılışını etdi -FOTO
13:24
115

Sahil Babayev Samuxda yeni binaların açılışını etdi -FOTO


Samux rayonu, Seyidlər kəndində şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yaşayış kompleksinin açılışı olub. 7EWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, açılışda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edib. Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.
Yeni mənzillə təmin edilən vətəndaşlar ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərin sonsuz qürur hisslərinin əsrlər böyu xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Onlar şəhid ailələrinin və müharibə əlillərinin sosial dəstəklə təmin edilmələri, rifah halının yaxşılaşdırılması üçün aparılan işlərdən razılıqla söz açıb, göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
 No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ