Bu gün iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədriŞahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.
Bu barədə İqtisadiyyat Nazirliyindən 7news.Az-a bildirilib.
“Səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq,
Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək”, - deyə nazirlikdən qeyd edilib.
7news.Az








