Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşüb.
Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli sammiti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək.
Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb./azertac
7News.Az








