RU
Şahin Mustafayev Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüşdü
21:18
253

Şahin Mustafayev Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüşdü

İqtisadiyyat naziri Şahin Mustafayev “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusunda Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatı qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də 2016-cı ildə Türkiyədə keçiriləcək müxtəlif tədbirlərdə Azərbaycan iş adamlarının iştirakı və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib./olke.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ