Səudiyyə Ərəbistanında kral ailəsinin daha bir üzvünə qarşı cəza tətbiq edilib.
7News.az-ın məlumatına görə, adı açıqlanmayan şahzadəyə Ciddə şəhərindəki həbsxanada qırmanc vurulacaq. Bildirilir ki, həbs edilən şəxs bir müddət təcridxanada saxlanılacaq. Qırmanc cəzasının tətbiq edilməsi üçün kral ailəsinin nümayəndəsi həkim nəzarətindən keçib. Onun hansı səbəbdən cəza aldığı məlum deyil.
Qeyd edək ki, ötən ay şahzadə Türki ibn Səud Əl-Kəbir 3 il əvvəl törətdiyi cinayət hadisəsinə görə edam edilib.
7News.az







