Amerikalı aktrisa Kerri Fişer 61 yaşında Los-Ancelesdə dünyasını dəyişib.
O, bir neçə gün öncə ürəktutmasından kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Kerrinin atası müğənni Eddi Fişerlə anası aktrisa Debbi Reynolds qızları dünyaya gələndən 3 il sonra ayrılıblar.
K. Fişer 1977-ci ildə "Ulduz müharibələri” serialının 4-cü bölümündə qalaktika şahzadəsi obrazını canlandırıb və bununla da bütün karyerası dövründə "Şahzadə Leya” kimi tanınmağa başlayıb. O, bir çox film və seriallarda rol alıb. /qafqazinfo
7news.Az












